OVDAN SPA

OVDAN SPA

Dağ massivində yerləşən Azərbaycanın ən böyük “Ovdan” “SPA” mərkəzində hələ olmamısınız ?

O zaman sizi otelimizin “SPA” mərkəzinə dəvət edirik. “Shahdag Hotel&SPA” mərkəzində həftə sonu istirahətini dəyərləndirməklə müalicə keçmək və enerji toplamaq mümkündür. Stress atmaq, idmanla məşğul olmaq sağlam həyat tərzinin ayrılmaz bir hissəsidir. Bəzən stress atmağımız üçün idman, bəzən isə yalnız sakitlik və spa prossedurlar kifayət edir.

 “Ovdan” “SPA”  mərkəzində xüsusi ixtisaslaşmış personalımız “Türk” və “Fin” hamamlarının buxarından istifadə edərək müxtəlif növdə hidromasajlar, terapiyalar və masaj xidmətləri təqdim edir. Xüsusi ayrılmış “djakuzi” otaqlarımızda prossedurları qəbul edərkən Şahdağ mənzərəsinə çıxan pəncərələr sizə unudulmaz anlar yaşadacaq. “SPA” mərkəzində həmçinin qapalı hovuz və idman zalı var. Gözəl və zövqlü  dincəlməyin üçün mərkəzimizdə “Ovdan” bar fəaliyyət göstərir. Barmenimizin hazırladığı dadlı və zövqünüzə uyğun içkilər istirahətinizə xoş təəssürat bəxş edəcək.

Hər zaman sizi gözləyirik, Qonağımız olun!

 

Otağa daxil olan xidmətlər
1 - Fitnes zalı(15 yaşdan aşağı yaşda olanlara icazə verilmir.)
2 - Üzmə hovuzu (15 yaşdan aşağı yaşda olanlara yanlız valideyn nəzarətində icazə verilir.)
3 - Sauna (6-15 yaş arasında yalnız valideyn nəzarəti altında icazə verilir. 6 yaşdan aşağı olanların hovuza girişinə icazə verilmir)
4 - Türk Hamamı (15 yaşadək yalnız valideyn nəzarəti altında daxil olmağa icazə verilir.)

Əlavə ödənişli xidmətlər
1 - Masaj Terapiyaları;
2 - Hamam Terapiyaları;
3 - Bədən Müalicələri;
5 - Üz müalicələri;
6 - Hamam Ritualları (Kleopatra Hamamı, Aroma Hamamı, Cakuzi);
7 - VIP SPA xidməti.
* Yuxarıda qeyd olunan ödənişli xidmətlərdən 15 yaşdan aşağı olanların istifadəsi etməsi üçün valideyni tərəfindən icazə tələb olunur.
Digər xidmətlər
1 - Gündəlik Ziyarət (Yetkinlər üçün)
2 - Gündəlik Ziyarət (Uşaqlar üçün) 6-12 yaş
3 - Aylıq Üzvlük

 

Bu necə hissdir?

Tərəfdaşlar

Milli Paralimpiya Komitəsi
SPORT SYSTEM

Bizi INSTAGRAM-da izləyin