Qar üzərində Kvadrosikl turu

Qar üzərində Kvadrosikl turu

“Şahdağ Turizm Mərkəzi”dəki Kvadrosikl” turu açıq hava aktiv idman növünə aiddir.
Əyləncə və dinamik yürüş həvəskarısınızsa və adrenalin sizin həyat tərzinizdirsə sizi “Şahdağ Turizm Mərkəzi” də “Kvadrosikl” turunda iştirak etməyə dəvət edirik. 
Daha aktiv, maraqlı və zövqlü zaman keçirməyi istəyirsinizsə bu turda mütləq iştirak edin!
Kvadrosikl qumluq, daşlıq və bataqlıq kimi yolsuzluqlarda idarə edə biləcəyiniz 4 təkərli xüsusi nəqliyyat vasitəsidir. “Kvadrosikl” mühərrikinin gücü və maneləri asanlıqla keçmə qabiliyyəti sizə xüsusi idarəetmə bacarığı və bu nəqliyyat vasitəsindən sərbəst idarə etmə qabiliyyəti aşılayacaq. 
Turun iştirakçısı olmaqla, siz eyni zamanda Şahdağın gözəl təbiətinin tam fərqli tərəfdən şahidi olacaq , 2 qat zövq alaraq bu gözəlliyi bir daha kəşf edəcəksiniz.
“Kvadrosikl” turu özünü dağların arasında xüsusi tapşırığı yerinə yetirən bir film qəhrəmanı kimi hiss etmək istəyi olan 16 yaşdan yuxarı hər kəs üçün əlçatandır. 
Hər zaman sizi gözləyirik, Qonağımız olun!

Yaş həddi - 16+

 

Polaris Ranger 900 - 10 dəqiqə(18+ yaş) - 30 AZN

Əlavə adam (1)(14+ yaş) - 15 AZN

Zforce 800 - 10 dəqiqə(18+ yaş) - 25 AZN

Əlavə adam(14+ yaş) - 15 AZN

Linhai 300/G-force 500- 20 dəqiqə(16+ yaş) - 30 AZN

Əlavə adam(14+ yaş) - 20 AZN

Linhai 300/G-force 500- 10 dəqiqə(16+ yaş) - 20 AZN

Əlavə adam(14+ yaş) - 15 AZN

 

İş saatları: 09:00 - 17:00

Bu necə hissdir?

Tərəfdaşlar

Milli Paralimpiya Komitəsi
SPORT SYSTEM

Bizi INSTAGRAM-da izləyin