Necə getmək olar?

Necə getmək olar?

 

“Şahdağ” Turizm Mərkəzi adını Azərbaycanın Rusiya ilə sərhədinə yaxın, Qusar rayonu ərazisində yerləşən Böyük Qafqaz dağ silsiləsinin zirvəsi olan Şahdağ zirvəsinin (dəniz səviyyəsindən 4243 m hündürlükdə) adından götürmüşdür.

“Şahdağ” Turizm Mərkəzi Bakıdan 212 km məsafədə yerləşir, Qusar rayonundan isə yeni salınmış Ləzə magistral yolu vasitəsilə çox qısa vaxt ərzində mərkəzə çatmaq mümkündür.

Necə getmək olar?

Bakıdan Qusara doğru Bakı Beynəlxalq Avtovağzalının ikinci mərtəbəsindən hər gün səhər 7:00-dan axşam 18:00-a qədər hər yarım saatdan bir avtobuslar yola düşür. Avtobusla gediş haqqı 4 AZN-dir. Avtobusun sonuncu məntəqəsi Qusar rayon avtovağzalıdır.

Qusardan “Şahdağ” Turizm Mərkəzinə getmək üçün siz taksi xidmətindən istifadə edə bilərsiniz və bu, təxminən 10-15 AZN təşkil edir.

Geri qayıdarkən Qusar rayon avtovağzalından Bakı şəhərinə yola düşən avtobuslardan istifadə edə bilərsiniz. Bu avtobuslar hər gün səhər saat 07:00-dan axşam saat 17:30-a qədər hər yarım saatdan bir yola düşür. Gediş haqqı 4 AZN-dir.

Bu necə hissdir?

Tərəfdaşlar

Milli Paralimpiya Komitəsi
SPORT SYSTEM

Bizi INSTAGRAM-da izləyin