Pik Palace SPA

Pik Palace SPA

“Pik Palace” Şahdağ Hotelinin spa prosedurları regionun ən gözəl təbiətinin təzahürü kimi çıxış edərək buranı istirahət üçün ideal yerə çevirir.
 
Bizim təcrübəli terapevtlərimiz məşhur fransız brendi “CINQ MONDES”un məhsullarından istifadə edərək  müalicə otaqlarında sakitləşdirici və bərpaedici üz və bədən müalicəsi, həmçinin aromaterapiya, masaj və digər spa xidmətləri təklif edir.
 
Qeyd etmək lazımdır ki, mərkəzimizdə 5 müalicə otağından əlavə, ikinəfərlik lüks spa otağı da fəaliyyət göstərir. Hər bir otaq qonaqlarımızın rahatlığını yüksək səviyyədə təmin etmək üçün dizayn edilmişdir. Hər müalicə otağında şəxsi duş, əlüzyuyan və tualet mövcuddur. Spa mərkəzimizə həmçinin buxar otağı, duş kabinəsi, müalicədən əvvəl və sonra rahatlanmaq üçün ayrıca istirahət sahələri daxildir.
 
Qeyd edək ki, hər bir qonaq mərtəbəsindən spa mərkəzinə daxil olmaq üçün xüsusi spa liftləri quraşdırılmışdır.
 
Bron üçün: +994 12 310 20 10
Email: [email protected]

Bu necə hissdir?

Tərəfdaşlar

Milli Paralimpiya Komitəsi
SPORT SYSTEM

Bizi INSTAGRAM-da izləyin