Yeni il Press Reliz

Yeni il Press Reliz

 

Qusar, 8 Yanvar 2020-ci il

 

Yeni il tətili ilə əlaqədar “Şahdağ” Turizm Mərkəzində 20.000-dən çox turist gəlmişdir. 15.000-dən çox turist sadəcə kanat xəttindən istifadə etmişdir. 6.000-dən çox xizək sürmək üçün müraciət etmişdir.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə elan olunan qeyri-iş günlərində “Şahdağ” Turizm Mərkəzində dincələn qonaqların əksəriyyətini yerli turistlər təşkil etsə də, ziyarətçilər arasında xeyli sayda əcnəbi də var.  Yeni il bayramı günlərində dekabrın 31-dən yanvarın 6-dək turizm mərkəzi 20 mindən çox qonaq qarşılayıb.

Hər il olduğu kimi, bu il də bayram günlərində turizm mərkəzində qonaqların istirahətini təmin etmək məqsədilə müvafiq hazırlıq işləri görülüb. Yeni il Bayramı tətili ilə əlaqədar “Şahdağ” Turizm Mərkəzinə gündə təxminən 4300 turist gəlir.  Hər gün minə yaxın turist xizək sürmək üçün müraciət edir.

Mərkəzimiz müxtəlif əyləncələrlə qış istirahətini və aktiv istirahəti sevənlərin könlünü oxşayır. Xizək və snoubord sürmə ilə yanaşı, aeroxizək və kvadrosikl turları, ziplayn, peyntbol, at üstündə gəzinti, uşaqlar üçün kirşələr, buz meydançası kimi 20 növə yaxın qış əyləncəsi qonaqların ixtiyarındadır. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan “Şahdağ” Turizm Mərkəzi ilboyu fəaliyyət göstərmək iqtidarındadır. Bu layihənin reallaşdırılması Azərbaycanda dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır.

Hazırda Xizək həvəskarları “Şahdağ” Turizm Mərkəzində 7 eniş zolağından istifadə edə bilirlər. Yerli və xarici turistlərin xizək sürdükdən sonrakı asudə vaxtlarının səmərəli təşkili üçün kinoteatr fəaliyyət göstərir. Bundan əlavə, mərkəzdə dördxətli boulinq, uşaq boulinqi, bilyard və avtomat oyunlardan ibarət oyun zalı yaradılıb, “Music Hall” inşa edilib.

 

“Şahdağ” Turizm Mərkəzinə gələn turistlər dəniz səviyyəsindən 2351 metr yüksəklikdə yerləşən “Shahdag 2351” kafesində ləziz təamların dadına baxa bilərlər.

“Şahdağ” Turizm Mərkəzi ən müasir avadanlıqlarla təchiz edilmiş, aparıcı beynəlxalq şirkətlər tərəfindən qurulan ölkənin ilk dağ-xizək kurortudur. Şahdağ milli parkının yaxınlığında salınan bu kompleks Azərbaycanda dağ-xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradır. 

Kompleks ərazisində otellər, restoran və kafelər, SPA mərkəzləri, dörd növdə kanat xətti – asma buraz yolları, müxtəlif qış əyləncələri, xizəkçilik və snoubord mərkəzi fəaliyyət göstərir. Kanat yolları aparıcı Avropa istehsalçılarına məxsus olmaqla bir neçə formada – oturacaqlı, buqel, xalça və qondola – təklif olunur. Eyni zamanda kurort ərazisində 24 saat çalışan klinika, dağ xizəkçiliyi məktəbi, geniş avtomobil dayanacağı və hər səviyyədə təcrübəyə malik xizəkçilər üçün müxtəlif növlərdə xizək zolaqları qonaqların ixtiyarına verilib. Bu mövsümdə əlavə bir neçə xizək zolaqlarının salınması nəzərdə tutulur.

 

Dəniz səviyyəsindən 1435-2351 metr hündürlükdə yerləşən və ən yüksək standartlara cavab verən Şahdağ Turizm Kompleksi sizə qış boyu inanılmaz gözəl əyləncə,dəbdəbəli otellərdən zövq almaq imkanını təklif edir. Kompleks ərazisində qonaqların əyləncəsini və rahatlığını təmin etmək üçün kinoteatr, gecə klubu, supermarket və digər əyləncə iaşə nöqtələri istifadəyə verilir.
 Hazırda kompleksin ərazisi qalın qar örtüyü ilə əhatə olunub və xizəkçilik üçün əlverişli şərait mövcuddur.Qonaqlar 2351 metr hündürlüyə qalxaraq ölkənin ən hündür zirvəsindəki restorandan  möhtəşəm mənzərədən bəhrələnmək imkanı əldə edə bilərlər.


Turizm kompleksində 2-si Marriot şəbəkəsinə aid olmaqla 4 müxtəlif kateqoriyada və konsepsiyada otellər mövcuddur:

Pik Palace Hotel, Autograph Collection 5*

Qış idmanı üçün mükəmməl yerləşməyə malik Pik Palace Hotel, Autograph Collection sizə pəncərələri tavandan döşəməyədək uzanan və Şahdağ dağlarına mənzərəli Fransız sayağı eyvanları olan 167 geniş otaq təklif edir. İki nəfərlik yataqlarla təchiz olunmuş dəbdəbəli otaqlarda tam rahat dincəlmək və ya işləməniz geniş və işıqlı məkan vardır. Eləcə də qonaqlar lyuks restorandan, kafe, xizək dükanı, açıq havada və qapalı hovuza malik möhtəşəm spadan zövq ala bilər.

Park Chalet Hotel, Autograph Collection 5*

Alp dağlarında ənənəvi koteclərin bütün cazibəsini özündə cəmləyən Park Chalet Hotel, Autograph Collection mükəmməl istirahət və zirvələrdə keçirilən gündən sonra özünü yenilənmiş hiss etmək üçün əla məkandır. Nəfis tərtibatlı otaqlar dəbdəbədən və şahanə dağ mənzərələrindən zövq almanız üçün ən gözəl seçimdir.

Shahdag Hotel & Spa 5*

Beş ulduzlu “Şahdağ Hotel & Spa” zərif ehtişamı və yüksək qonaqpərvərlik nümunəsini özündə təcəssüm etdirir. Ən müasir interyer və yüksək keyfiyyətli rahatlıq təklif etməklə bizim geniş və gözəl otaqlarımızda xoş istirahət keçirmək mümkündür. Oteldə 4 kateqoriya, həmçinin Superior, Junior Suite və Executive suite kateqoriyaları da daxil olmaqla 173 qonaq otağı təklif edilir. Otel müasir lüks standartlarla yerli koloritin mükəmməl ahəngini təşkil edir.

Zirve Hotel 4*       

Müasir, dörd ulduzlu xidmət təklif edən  “Zirvə” hoteli biznes və istirahət məqsədi ilə səyahət edənlər üçün ideal seçimdir. Zirvə otelində xizək mərkəzi, klinika, restoran və ziyafət zalları mövcuddur.

 

Our partners

Milli Paralimpiya Komitəsi
SPORT SYSTEM

FOLLOW US ON INSTAGRAM